
43 ildən sonra qayıtdı! Fransız alim fotodakı bu uşaqları küçə-küçə axtarır
11:19 30.11.2023
Dünya
650
Ərzurumun məhəllə və küçələrində dolaşan 68 yaşlı Viktor Dallant tərcüməçi vasitəsilə qarşılaşdığı vətəndaşlardan fotoşəkildəki insanları tanıyıb-tanımadıqlarını soruşub. Axtarışlarını uzun müddət Ərzurumda davam etdirən Dallant şəhərdə qalmaq və şəkildəki insanları tapmaq və 43 il əvvəl çəkdirdiyi fotoları onlara hədiyyə etmək istəyir.

Sherg.az xəbər verir ki, Antropologiya üzrə magistr dərəcəsi olan Viktor Dallant səyahət etmək üçün 1980-ci ildə İstanbuldan qatarla Ərzuruma gəlib. O, səfər zamanı Ərzurumda oyun oynayan uşaqların şəkillərini çəkib: "Qatarla Ərzuruma gəldim. Şəkil çəkməyi çox sevirəm. Ərzurumda bir məhəllədə 7 uşağın çox əyləndiyini görəndə o anları lentə aldım. Daha sonra Parisə gedib şəkilləri montaj etdim. Dostlarım da şəkilləri çox bəyəndilər. Şəkilləri çəkərkən uşaqlarla çox az türkcə danışa bilirdim. Çünki o vaxt türkcəni yeni öyrənirdim".
Bu insanları 43 ildən sonra tapmaq üçün sosial media hesablarında paylaşım etdiyini, lakin hələ də tapa bilmədiyini deyən Dallant, "dallant17@gmail.com" ünvanından onunla əlaqə saxlaya biləcəklərini bildirib. “Uşaqların xizək sürdüyünü və qar topu oynadığını görəndə onların fotolarını çəkdim. Onları çəkərkən çox əyləndim və xoşbəxt oldum. 7 yaşında ikən şəklini çəkdiyim bu uşaqları tapmaq üçün Fransadan Ərzuruma gəldim. Mən onları yenidən görmək və bu şəkilləri onlara vermək istəyirəm. Türkiyə çox gözəl, Ərzurum çox gözəldir" deyən Viktor Dallant ümidini hələ itirmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm