
Cəzalar sərtləşdirilməli idi -AÇIQLAMA
Cəzalar sərtləşdirilməli idi -AÇIQLAMA
06:16 17.04.2024
Cəmiyyət
691
Məişət zorakılığı bir nömrəli problemdir
Barışıqlıq əldə olunsa belə, növbəti mərhələdə həmin ailələrdə daha ciddi zorakılıq, qətl hadisələri qeydə alınır
Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Yenilənmiş qanuna görə, müvafiq dövlət qurumu ailədə münasibətlərin bərpa olunmasına köməklik göstərməyəcək. Əvvəlki qanun müvafiq orqanın öhdəsinə qoymuşdu ki, məişət zorakılığı baş verdikdə tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək etsin. Beləliklə, müvafiq dövlət qurumuna qanunla qoyulmuş bu öhdəlik artıq ləğv olunub.
Professor, mediator Fərhad Mehdiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, məişət zorakılığı baş verən ailələrdə sonradan münasibətlər bərpa edilib, barışıqlıq əldə olunsa belə, növbəti mərhələdə həmin ailələrdə daha ciddi zorakılıq, hətta qətl hadisələri belə qeydə alınır:

“Zorakılıq baş verən ailələrdə qurbanların qorunması üçün qanunda belə bir dəyişiklik zəruri hal alıb. Buna səbəb isə zorakılıq edən tərəfin islah olunmamasıdır. Xarici ölkələrdə də belədir. Ailədə məişət zorakılığı varsa, tərəflərdən biri boşanma üçün müraciət etdikdə onları mediasiyaya yox, birbaşa məhkəməyə yönəldirlər. Barışdırmaq missiyası isə sırf mental dəyərlərdən irəli gəlir. Barışdırmaq yalnız müvafiq orqan qadının arxasında zamin kimi dayandıqda effektiv olur. Ən azından kişi qadınına təzyiq etmək istəyəndə nəticəsinin onun üçün pis olacağını hiss etməlidir. Adi barışıq üsulu isə zorakılığı sonrakı dövr üçün daha da qəddarlaşdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq