İlham Əliyev Baydenin xüsusi köməkçisini qəbul edib -YENİLƏNİB
07:42 21.10.2024
Siyasət
359
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
Sherg.az xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirdi. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.
Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beş gün ardıcıl iş olmayacaq
08:09 30.03.2026
Cəmiyyət
Pişiklər üçün ölümcül təhlükəli olan qida açıqlandı
07:57 30.03.2026
Sağlamlıq
İlk "Nərə"nin "Maska"sı açıldı
05:23 30.03.2026
Şou
Sinənizdə yatan pişiyiniz sizə nə anladır? - Mütəxəssis RƏYİ
03:53 30.03.2026
Sağlamlıq
İran uçuş qadağasını aprelin 5-nə qədər uzatdı
02:16 30.03.2026
Dünya
Çərəz yeyərkən "tək bir şərt" var!
01:37 30.03.2026
Sağlamlıq
Trampın təyyarəsi yaxınlığında PUA göründü
01:33 30.03.2026
Dünya
İranlılar anladılar ki, güclü təsir rıçaqları var - Hayms
00:54 30.03.2026
Dünya
AEBA: İranda ağır su istehsalı zavodu artıq fəaliyyət göstərmir
00:38 30.03.2026
Dünya
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
00:15 30.03.2026
Ekologiya
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya