Ərdoğan: Türkiyə və Rusiya ikitərəfli münasibətləri inkişaf etdirmək üçün səyləri gücləndirir

Türkiyə və Rusiya ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf etdirmək üçün səyləri gücləndirir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində keçirilən danışıqların yekunları üzrə məlumat yayıb.