Qarabağ Məktəbinin şagirdləri Londonda çıxış etdilər
Yusif Nəzərli
17:19 12.02.2025
Cəmiyyət
752
Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) nəzdində onlayn fəaliyyət göstərən Qarabağ Məktəbinin şagirdləri Londonda xeyriyyə məqsədilə keçirilən “Face of Ealing Community Concert” (“İlinqin Üzü İcma Konserti”) adlı tədbirə qatılıb. Londonun Ealing (İlinq) bölgəsinin meri və bələdiyyə başçısı Yvonne Johnsonun (İvan Conson) təşəbbüsü ilə baş tutan konsertdə İngiltərədə yaşayan müxtəlif xalqların nümayəndələri iştirak edib.
Axar.az xəbər verir ki, Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində milli geyimdə və dövlət bayrağımızla səhnəyə çıxıblar. Onlar səhnədə məktəbin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanın müəllifi olduğu “Dostluq himni”ni ifa ediblər. Məktəbin musiqi müəllimləri Rasim və Səadət Fərziyevlərin müşayiəti ilə şagirdlərin çıxışı təşkilatçıların və qonaqların böyük marağına səbəb olub.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova tədbirdən əldə olunan bütün gəlirlərin xeyriyyə təşkilatlarına bağışlandığını bildirib. Qarabağ Məktəbinin şagirdlərinin İngiltərədə ilk dəfədir xeyriyyə konsertində iştirak etdiyini söyləyib.
Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) tərəfindən 2021-ci ilin sentyabrında təsis edilmiş Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəbin məqsədi Azərbaycan dilinin öyrədilməsini təmin etmək, eyni zamanda, uşaqlarımıza milli irsimiz, mədəniyyətimiz, musiqimiz və tariximiz haqqında dərin biliklər verməkdir. Bununla yanaşı, Qarabağ Məktəbi öz tələbələrinə Azərbaycan kimliyini qorumağa yönəlmiş bir mühit təqdim edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm