Arvadını öldürən sabiq polis əməkdaşı: “Şöbədə mənə “şərəfsiz” deməsi çox pis təsir etdi”
Yusif Nəzərli
15:07 08.02.2022
Cəmiyyət
532
Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İ.Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Daha sonra o ifadə verib. İ.Məmmədov dindirilən zaman deyib ki, qətlə yetirdiyi həyat yoldaşı ilə 2012-ci ildə tanış olub: “Xanım Məmmədovanı universitetdən evə, evdən də universitetə aparmışam. Onunla 2014-cu ildə ailə qurmuşuq. Övladım Vaqif dünyaya gələnə qədər aramızda heç bir problem olmayıb. Xanımla şərt kəsmişdik ki, universiteti oxuyub bitirəndən sonra işləməyəcək. Evdə hər söz-söhbət olanda anasıgilə gedirdi. Ötən il sentyabrın 29-da geyim məsələsinə görə aramızda telefon danışığı oldu, mübahisə etdik. Yenə də çıxıb anasıgilə getdi. Xəbər tutdum ki, məndən polisə şikayət edib.
Sonra bizim şöbədən tədqiqatçı Füzuli müəllim mənə zəng edib iradlarını bildirdi. Ora getdim. Şöbədə olanda onlar mənə nalayiq ifadələr işlətdilər. Uşaqlarımın yanında xidməti silahımla Xanımı güləllədim. Ümumiyyətlə onu silahla vurmaq fikrim yox idi. Məqsədim uşaqlarla sağollaşıb, hallalaşıb özümü öldürmək idi. Şöbədə onun mənə kollektivin içərisində “şərəfsiz” deməsi çox pis təsir etdi. Bu kəlmə də onu vurmağıma səbəb oldu”.
Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə