Bakı metrosu 25 yüksəksürətli eskalator alıb
08:13 15.11.2019
Cəmiyyət
1192
“Bakı Metropoliteni” 25 ədəd yeni yüksəksürətli eskalator alıb.
Oxu.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, ölkə başçısının “Bakı Metropoliteni”nə ayırdığı vəsaitdən tam səmərəli şəkildə istifadə edilir:
“Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə “Bakı Metropoliteni” üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bu vəsait hesabına metronun “Sahil”, “Şah İsmayıl Xətai” stansiyaları təmir edilib, yeni vaqonlar, eskalatorlar alınıb.
Onu da qeyd edim ki, “Sahil”, “Şah İsmayıl Xətai” stansiyası, eləcə də, hazırda inşaat işləri tamamlanmaqda olan şərti adı “B3” olan stansiya üçün 25 ədəd yeni yüksəksürətli eskalator alınıb.
Eskalatorlardan dördü “Sahil”, dördü “Şah İsmayıl Xətai” stansiyasında yerləşdirilib. Digər 17 eskalator isə “B3” stansiyasında yerləşdiriləcək. Eyni zamanda, dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, metronun sərəncamında qalan vəsait hesabına da bir sıra işlər görülüb.
Məsələn, “28 May” stansiyasına keçid kimi tikilmiş “Cəfər Cabbarlı” stansiyasında gedən bərpa işləri metronun öz hesabına aparılır”.
Z.Hüseynov onu da əlavə edib ki, “Bakı Metropoliteni” Beynəlxalq Metro Assosiasiyasının üzvüdür:
“İstər bu il, istərsə də keçən il metropolitendə kifayət qədər işlər görülüb. Biz bu gün köhnə sovet məkanında bütün metropolitenlərin üzvü olduğu Metro Assosiasiyasının üzvüyük. “Bakı Metropoliteni” o qədər qabaqcıl səviyyədə inkişaf edir ki, bizim tətbiq etdiyimiz qabaqcıl texnologiyanı, təcrübəni öyrənmək istəyirlər.
İşlərin mərhələli şəkildə, sistemli qurulması onların diqqətini çəkir. Çünki bu gün “Bakı Metropoliteni”nin ən müasir texnologiyalar, yeni qatarlar, dizel generatorlarla təmin edilməsi prosesi davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm