Bakıda faciə! - 15 yaşlı qız uşaq dünyaya gətirdi, hər ikisi öldü
Yusif Nəzərli
20:12 08.02.2022
Cəmiyyət
902
Kəmalə Ağazadə: "Aidiyyətli qurumların fəaliyyətsizliyi, mexanizmlərin işləməməsi belə faciələrə yol açır"
Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib qısa müddətdə özü və körpəsi ölüb. Faciəli hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Doğuş sancıları ilə xəstəxanaya gətirilən 15 yaşlı G.B. (şərti qeyd) və dünyaya gətirdiyi uşaq ölüb. Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.
Faciəli hadisə ilə bağlı “Şərq” danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd etdi ki, 15 yaşlı yeniyetmənin qeyri-rəsmi nikahda olduğu şəxsin həbs edilməsi ümumi problemin həllinə kömək etməyəcək:
- 15 yaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib. Onunla qeyri-rəsmi nikahda olan adamın həbsiylə nəyə nail olunacaq? Bu, nəyi dəyişəcək. Anlayıram, ortada cinayət əməli var və cinayətkar cəzasını almalıdır. Bəs digərləri – valideynlər, qohumlar, qonşular, bu məsələdən xəbərdar olub susanlar necə olsun?!. Ehtimal edirəm, valideyn deyəcək ki, “neyləyim, qızım qoşulub qaçmasın deyə evləndirdik, özü istədi...”. Yalan deyəcəklər. 15 yaşlı yeniyetmə valideynlərin himayəsindədir. Valideyn bu evliliyin, bu qeyri-rəsmi münasibətdə olmanın qarşısını alsaydı, razı olmasaydı, indi o qız yaşayacaqdı. Başına bu cür müsibət gəlməyəcəkdi. Bəs qohumlar, məsələdən xəbərdar olan digərləri buna necə göz yumublar, göz görə-görə 15 yaşlı uşağı faciənin içinə atıblar.
K.Ağazadə erkən nikahların qarşısının alınmasında aidiyyətli qurumların da vəzifələrinin öhdəsindən gəlmədiyini bildirdi:
- Aidiyyətli qurumların fəaliyyətsizliyi, mexanizmlərin işləməməsi belə faciələrə yol açır. İcra hakimiyyətləri yanında xüsusi şöbə, komissiyalar fəaliyyət göstərir. Bəli, bu komissiyaların əməkdaşlarının sayı çox azdır, şöbələr normal fəaliyyət göstərmir. Boşluqlar o qədər çoxdur ki, ciddi fəaliyyət göstərilməsinə mane olur. Təsəvvür etmək belə dəhşətdir ki, vəfat etmiş qızın 10 ay əvvəl toyu olub. Ailə Binə qəsəbəsində yaşayır. Bu toy mərasiminin keçirilməsindən niyə heç bir orqan xəbər tutmayıb? Ola bilsin, ailə hansısa bölgədən Bakıya köçüb. Lakin qeydiyyata alınmayıblar.
Bu da başqa bir problemdir. Miqrasiya prosesi gedir, əhalinin yerdəyişməsi baş verir, lakin onların qeydiyyatı aparılmır deyə, həssas qruplara məxsus şəxsləri ayırd etmək də çətinləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə