Bakıda satışda zərərli Çin "qreçkası" - Necə ayırd etməli?
16:38 10.11.2019
Cəmiyyət
648
Qarabaşaq (qreçka) sovet dövründən MDB dövlətləri xalqlarının ən çox tükətdiyi faydalı yarmadır. Halbuki onu Qərb ölkələri və Türkiyə, İranda heç yemirlər.
Dünyada qarabaşaq istehsal edən 2 böyük ölkə var: Rusiya və Çin.
Qarabaşağın vətəni isə Hindistandır, düzdür, Çin Rusiyadan da öncə bu bitkini becərib, amma indi ən faydalı olmasına görə rus qreçkası liderdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 2 ildir Rusiyada qarabaşaq məhsuldarlığı azalıb və Rusiya öz əhalisini belə bu ərzaqla təmin etmək üçün Çİndən qarabaşaq idxal edir. Rusiya istehsalı qreçkanın isə qiyməti son 5 ildə ən yüksək həddinə çatıb.
Hazırda da Rusiya qablaşdırması altında içində Çİn qarabaşağı olan məhsullar satılır. Saysız-hesabsız şirkətlər var ki, əldə etdiyi qarabaşağın hansı ölkədə becərildiyini göstərmədən öz markaları altında sadəcə qablaşdırıb satır. Bu məhsullar təbii ki, Azərbaycana da gəlir. Çin qarabaşağından niyə çəkinək? Nə fərqi?
Məsələ bundadır ki, Çin torpaqları, havaları ən zərərli havadır və Çİn məhsula həddən artıq çox maddə, pestisid vurur.
Çin qarabaşağının fərqi:
- İçində faydalı maddələr azdır, ona görə bu qreçka orqanizmə lazımlı heç nə vermir. Nəm qarabaşaq Çindən gətirilib, Rusiyada yenidən termiki işlənir. Beləliklə, qarabaşaq 2 dəfə 130 dərəcədən yuxarı isidilir.
- Pestisid çoxluğu. Çin məhsulun tez yetişib, çox olması üçün çalışan ən etinasız ölkədir. Çin qarabaşağının tərkibində zərərli pirimifos- metil aşkarlanıb.
- Kif var - qarabaşaq dənli məhsul olduğu üçün, nəm və rütubət şəraitində kif göbələyi yayılır. Çindən uzun müddət yol gəldiyinə görə, anbarda məhsulun kiflənməsi qaçılmazdır.
Necə fərqləndirməli?
Heç bir qutuda qarabaşağın Çində yetişdiyini oxumayacağınıza görə, çıxış yolu qarabaşağın özünü diqqətlə yoxlamaqdır.
1.Forması - rus qreçkası xırda, kənarları nahamar, xarici görünüşü bir qədər zəif olur. Çin qreçkası isə yumru, hamar və kənarları düzgün olur
2.Rəngi - Rusiya qreçkasının rəngi bir qədər açır, Çin qreçkasının isə tünd, qaralmış olur.
3.Qiymət - Hətta rus markası olsa da qiyməti ucuzdursa, deməli Çin malıdır. Əgər marketdə 2-3 marka arasında bir qədər bahalısı varsa, onu seçin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm