
Bəzi qurumlarda korrupsiya faktları aşkarlandı: "Belə yoxlamaların olması çox vacibdir"
Yusif Nəzərli
08:01 11.02.2022
Cəmiyyət
807
Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən ölkənin müxtəlif qurumlarda nəzarət tədbirləri aparılıb. Nəticədə məlum olub ki, Biləsuvar, Cəlilabad və Şəmkir rayonlarındakı avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, materiallar alınmayıb, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılan vəsait mənimsənilib.
Xarici İşlər Nazirliyində isə dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulan vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin mallar, habelə mətbəə blanklarının bir hissəsi alınmayıb. Kəlbəcər Rayon Təhsil Şöbəsində də sinif komplektlərinin artıq saxlanıldığı, habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənilib. Yevlaxda icarəyə verilən bələdiyyə torpaqlarından toplanmış icarə haqları bələdiyyənin hesabına mədaxil olunmayıb. Mədəniyyət Nazirliyində bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində materiallar alınmayıb, Nazirliyin tabeliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsi həmin obyektlərə ümumiyyətlə verilməyib.

Hüquqşünas Əliməmməd Nuriyev Maliyyə Nazirliyi tərəfindən aşkarlanan bu qanun pozuntularından “Şərq”ə danışarkən bildirib ki, belə yoxlamaların aparılması vətəndaşlardan, hüquq-mühafizə orqanlarından, fiziki şəxslərdən daxil olan məlumatlarla bağlı olur:
“Bizdə qurumlar korrupsiyaya meyillidirlər. Korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri də rəsmi dövlət orqanlarının əksəriyyətini əhatə etmir. Beləcə XİN, Mədəniyyət Nazirliyi və digər yerli icra hakimiyyəti qurumlarında bu hal baş verir. Ona görə hər şeydən öncə prosesi daha şəffaf aparmaq lazımdır”. Ə.Nuriyevin fikrincə, hər il dövlət büdcəsindən yerli icra hakimiyyətlərinə ayrılan vəsaitlər barədə məlumatların onların saytında yerləşdirilməsi və bununla bağlı mütəmadi hesabatların alınmasıyla prosesə aydınlıq gətirə bilər: “Belə olduqda vətəndaşlarımız da sadalanan qurumlarda ayrılan vəsaitin məbləğini, bu vəsaitləri tender əsasında kimlərin udduğunu bilər. Digər tərəfdən tender başa çatdıqdan sonra onun nəticələrinin hesabatı olmalıdır. Bu hesabatlar da həmin qurumların saytlarında yerləşdirilməlidir. Amma biz həmin qurumların saytlarında belə bir şeyə rast gəlmirik”. Hüquqşünas müxtəlif rayonlarda mərkəzi icra hakimiyyətində keçirilən tender iştirakçılarına diqqət çəkib: “Onların demək olar ki, hamısı eyni şəxslər və ya hansısa yüksək vəzifəli məmurun yaxın qohumlarıdır. Digər tərəfdən nəzər salsaq görərik ki, az miqdarda şirkətlər bu prosesdə qalib olub. Son illər bu proses üzərində işlər görülsə də, boşluqlar yenə qalıb”.
Ə.Nuriyev diqqətə çatdırıb ki, bir çox hallarda qurumlar tərəfindən maliyyənin idarə edilməsinə dair məsələlərə səriştəsiz yanaşmalar olur:
“Belə olduqda ayrılan maliyyələr səmərəli istifadə olunmur. Beləliklə də biz çoxlu sayda mənimsəmələrin, eləcə də, dövlət büdcəsinə gəlməli olan vəsaitin ora daxil olmadığının şahidi oluruq”. Hüquqşünas düşünür ki, belə yoxlamaların olması çox vacibdir. Amma bu, bütün müəssisələri, qurumları əhatə edə bilməz: “İndi biz yeni şəffaf və hesabatlı sistem qurmağa çalışmalıyıq. Burda da əsas diqqəti məlumatların açıqlığına yönəltməliyik”.
Günəş Mərd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm