Doğuşdan sonra ölən 15 yaşlı qızla bağlı yeni xəbər: Pandemiyada gizli evləniblərmiş
Yusif Nəzərli
11:30 10.02.2022
Cəmiyyət
688
Ötən gün Bakıda adı açıqlanmayan 15 yaşlı hamilə yeniyetmə doğuşdan sonra vəfat edib. Binə qəsəbəsində yaşayan Lənkəran rayon sakini 2006-cı il təvəllüdlü qız bətnindəki dölü ölü dünyaya gətirdikdən qısa müddət sonra dünyasını dəyişib.
Baku.ws xəbər verir ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitlərə baxış keçirilərkən meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsində 15 yaşlı qızın əri hesab edilən 1993-cü il təvəllüdlü Hadıyev Mayıl cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən başqa yerə getməmək, polisin nəzarətinə verilmə tədbiri seçilib ki, istintaq hərəkətləri davam etdirilsin.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, M.Hadıyev ilkin ifadəsində ər-arvad münasibətlərində olduğunu və pandemiya dövründə gizli toy mərasimi təşkil edildyini deyib:
“Böyüklər arasında 15 yaşlı qızla M.Hadıyev qeyri-rəsmi nikahına daxil ediliblər. Bakı Şəhəri İcra Hakimiyyətinin qeyri-rəsmi nikahdan məlumatı olmayıb. Hər iki tərəf dövlətin müvafiq qurumlarından bunu gizlədiblər”.
Qeyd edək ki, 15 yaşlı qızın ölümündə valideynlərinin də məsuliyyətsizliyi üzə çıxır. DİN rəsmisi əlavə edib ki, istintaq hərəkətləri ilə ağır nəticəyə rəvac verən hadisənin təfərrüatı araşdırılacaq: “Hazırda dünyasını dəyişən yeniyetmənin yas mərasimi ərəfəsində olduqlarına görə zərərçəkmiş tərəf istintaqa çağrılmayıb. Lakin bir müddət sonra onlar istintaqa çağrılacaqlar. Valideynlərin məsuliyyəti istintaqın gedişatından asılı olacaq. Bu ailə Bakı şəhərində Mayıl Hadiyevin qaynanası hesab olunan şəxsin evində yaşayıb. Proseslər də həmin evdən başlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm