Dövlət Agentliyinin sədri "Baykar" şirkətinin rəhbərliyi ilə görüşüb
Yusif Nəzərli
15:50 08.02.2022
Cəmiyyət
403
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Baykar" şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya Nazirinin müavini Mehmet Fatih Kacır, “İNNOLAND”in rezident startapları və uğurlu startap təcrübəsi olan gənclər iştirak ediblər.
Görüş zamanı Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib. Xüsusən də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün əldə etdiyi imkanlardan danışıb.
Görüşdə, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti, müxtəlif ölkələrin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin tətbiqi, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində yaradılan fürsətlər və birgə layihələr, qabaqcıl texnoparkın yaradılması istiqamətində birgə fəaliyyət müzakirə olunub.
Eyni zamanda qonaqlar “Bilim Bakı” mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.
Mərkəzdə keçiriləcək “Bilim Azərbaycan” və “Deneyap” proqramları erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndisləri, elm adamları və innovativ sahibkarların yetişməsinə dəstək verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə