DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüb – FOTO
Yusif Nəzərli
14:42 23.06.2022
Cəmiyyət
479
İyunun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.
Bununla bağlı DTX-dən məlumat verilib.
Bildirilib ki, komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz ilə sözügedən qurum arasında mövcud münasibətlərdən, Birinci Qarabağ və Vətən müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi sahəsində Dövlət Komissiyasının BQXK ilə sıx əməkdaşlığından ətraflı bəhs edib, təşkilatın respublikamızda 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi humanitar missiya barədə fikirlərini bölüşüb, bu missiya sayəsində daha uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.
Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələnin yüksək həssaslığını, onların ailə üzvlərinin intizar və narahatlıqlarına tez bir zamanda son qoyulmasının əsas vəzifə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik nəzarətində olduğunu nəzərə alaraq, həmin şəxslər barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana verilməsində BQXK-nin vasitəçiliyinin gücləndirilməsinin zəruriliyi, müvafiq yönümdə fəaliyyət intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verib.
Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu deyib, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media