
Ədalət prinsipi pozulur: Dəniz, hava, günəş "ictimai mülkiyyət" sayılmalıdır
11:18 21.06.2025
Cəmiyyət
484
Yusif Nəbiyev: Dəniz və Günəş hamınındır! Amma pulunu verə bilən hamının!
Son zamanlar fərdi şəxslər dəniz kənarı sahələrdə özəl istirahət məkanları (beach) yaradaraq, onları pullu xidmətə çevirirlər. Lakin bu obyektlərdə sanitariya və gigiyena tələblərinə yetərincə riayət olunmur, iaşə xidmətləri isə yüksək qiymətlərlə təklif edilir və istirahətçilərin özləri ilə qida gətirməsinə icazə verilmir. Bu vəziyyət ictimai narazılığa səbəb olmaqla yanaşı, dənizkənarı sahələrin əlçatanlığının azalmasına və sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Nəticədə, əhalinin müxtəlif təbəqələri üçün bərabər istirahət imkanlarının təmin olunması sual altına düşür.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, kapitalizm quruluşu yayıldıqca, dünənə qədər "hamının" olan sərvətlər də get-gedə "pulunu verə bilənlərin" sərəvtinə çevrilir:

“Bu qəbildən dəniz də artıq sadəcə dəniz deyil, sanki premium xidmət sahəsi, lüks istirahət bölgəsi olmaq yolundadır. Son illərdə dənizkənarı ərazilərdə özəl, pullu istirahət məkanları artmaqdadır və bu sadəcə "sahibkarlığın inkişafı" şəklində adlandırılacaq qədər məsum bir proses deyil. Bu həm də bir zaman "ictimai" sayılan resursların özəlləşdirildiyini və yalnız pulunu ödəyə bilənlərin "özəl" mülkiyyətinə çevrildiyini göstərən sosial simptomdur. Bu tendensiya barədə bir çox fikir adamı öz həyəcan təbilini çalıb, bazar münasibətlərinin torpaq, hava, günəş, su ehtiyatları və s. kimi "fərdi olmayan" resurslara tətbiq olunmasını tənqid ediblər. Dəniz sahillərinin bu cür kommersiyalaşdırılması da eyni problemin müasir formasını təşkil edir. Pulsuz istifadədə olan çimərliklərdə sanitar-gigiyenik şəraitin olduqca aşağı olması, ödənişli çimərliklərdəki qiymətlərin isə yüksək olması, əslində, bu məkanların yalnız “pul ödəyə bilənlərin” istifadəsinə uyğunlaşdırıldığını göstərir. Mən bunu sosial ədalət prinsipinin pozulması kimi görürəm. Dəniz, hava, günəş - bunlar "ictimai mülkiyyət" sayılmalı və hər kəsin istifadəsinə açıq olmalıdır. Amma bu gün bu minimum 20 AZN verə bilənlərin hüququdur. Pyer Bordo bu kimi hallar üçün mədəni və iqtisadi kapitalın təbəqələşdirici rolundan danışırdı. Onun fikrinə görə insanlar təkcə pulla deyil, istirahət formasına görə də sosial təbəqələrə ayrılırlar. İctimai (ödənişsiz) çimərliklərin sayı az, keyfiyyəti isə çox aşağıdır. Bu da aşağı və orta gəlirli vətəndaşların dənizdən istifadəsini çətinləşdirir və rifah bərabərsizliyini daha da dərinləşdirir. Zamanla, yayda dincəlmək də artıq lüks kateqoriyasına keçir. Nəticə olaraq, özəl çimərliklərin çoxalması sadəcə yeni biznes modelinin yayılması deyil - bu, ictimai resursların selektiv əlçatanlığa tabe etdirilməsidir. Yəni, dəniz və günəş hamınındır! Amma pulunu verə bilən hamının”!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq