
Ekspert: Sürücülərə təlimlərin keçirilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə təkan verir
09:29 07.07.2025
Cəmiyyət
324
İyulun 8-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1584 nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), həmçinin Gəncə və Bərdə Regional Bölmələrində keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, bu sahədə atılan institusional və praktiki addımlar sürücülük fəaliyyətində keyfiyyətin yüksəldilməsinə, eləcə də sürücülərin peşə hazırlığının artırılmasına yönəlib:

“Keçirilən təlimlər, təşkil olunan qiymətləndirmə mexanizmləri və götürülən imtahanlar bu prosesin məntiqi davamı kimi dəyərləndirilə bilər. Əgər müəyyən təlim proqramları həyata keçirilirsə, onların nəticələrinin obyektiv şəkildə qiymətləndirilməsi zəruridir. Bu, ilk növbədə sürücünün həmin təlim müddətində nəzəri və praktiki biliklərə nə dərəcədə yiyələndiyini müəyyən etməyə imkan verir. Sözügedən təlimlər yalnız texniki bilik və bacarıqlarla məhdudlaşmır, eyni zamanda sürücülərin vətəndaşlarla və sərnişinlərlə münasibətlərini tənzimləyən davranış və etik qaydaları da əhatə edir. Bu çərçivədə etik davranış kodekslərinin təbliği və tətbiqi də peşəkar yanaşmanın ayrılmaz tərkib hissəsidir. Sürücülərin sosial məsuliyyət hissinin formalaşdırılması və ictimai münasibətlərdə tolerant yanaşmanın təşviqi də bu tədbirlərin əsas məqsədlərindən biridir. Bununla yanaşı, sürücülük sahəsində fəaliyyət göstərən şəxslərin davamlı inkişafına yönəlik təlimlərin keçirilməsi sektor üzrə xidmət keyfiyyətinin yüksəldilməsinə təkan verir. Belə imtahan mexanizmləri həm də şəffaflıq və məsuliyyətlilik prinsipinə əsaslanaraq, ictimai nəqliyyatda çalışan sürücülərin seçimində obyektiv meyarların tətbiqini təmin edir. Nəticə etibarilə, bu prosesin davamlılığı sürücülük fəaliyyətində peşəkarlığın artmasına və ictimai nəqliyyat sisteminin daha etibarlı və səmərəli şəkildə təşkilinə xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət