Əli Həsənovun oğlunun Mayamidə nə işlə məşğul olduğu bilindi
Yusif Nəzərli
18:22 08.02.2022
Cəmiyyət
440
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən olan “Zylberglait Group”da işə düzəlib.
Yeniavaz.com xəbər verir ki, Şamxal Həsənli daşınmaz əmlak şirkətində maliyyə analitiki vəzifəsində çalışır.
Şirkətdən bildiriblər ki, Şamxal Həsənli daha əvvəl də onlarla əməkdaşlıq edib. Qeyd olunur ki, Şamxal Həsənlinin Bakıda da oxşar sahədə fəaliyyəti olub və bu sahədə böyük təcrübəsi var.
Hazırda ailəsilə birgə Mayamidə olan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır: “Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm”.
Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənlinin məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməyib.
Bundan başqa, ötən ilin may ayında “Azərkosmos” ASC Şamxal Həsənlinin rəhbərlik etdiyi “Kaspi Global” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında “Kaspi Global” MMC-nin “Azərkosmos” ASC-yə borcunun olduğu bildirilir. Məhkəmə iddiasından sonra Şamxal Həsənli “Kaspi Global” MMC-nin rəhbərliyindən çıxaraq yerini Kərimov Etiram Kərim oğluna təhvil verib.
Xatırladaq ki, Əli Həsənovun ailə üzvləri Azərbaycanda otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi sahələrdə biznes fəaliyyətilə məşğul olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə