Əndrəbadi ad !- Körpəyə də “kabab” adı verilərmi?! - Foto
Məlahət Rzayeva
13:32 03.04.2021
Cəmiyyət
683
Əndrəbadi adlara aludəlik təkcə bizim camaatda deyilmiş. Dünyada körpələrinə əcaib-qəraib ad qoyanlar çoxmuş. Bir dünya gözəli bu günlərdə adından sitəm etməsi ilə gündəmə gəlib.
Söhbət Türkiyənin illərlə sevilən komedi proqramı “3 Adam”ın əsas simalarından biri Esər Yenənlərin həyat yoldaşı, Türkiyə gözəli seçilmiş Berfu Yenənlərdən gedir. Gözəlliyi ilə göz qamaşdıran bu xanımın əsl adı, yəni göbək adı təxmin edə bilməssiniz, nə imiş. “Kabab”! Həm də “Ev kababı”! Sonradan göbək adını dəyişdirən Berfu Yenənlər ikinci körpəsini bu günlərdə dünyaya gətirib.
Həyat yoldaşı və iki oğlu ilə xoşbəxt ailə fotolarını paylaşan Türkiyə gözəli körpə ikən ona verilən “Beytiyyə” adına görə valideynlərinə çox əsəbiləşdiyini deyib.
“Beytiyyə, kabab, həm də ev kababı deməkdir. Bu adı mənə tibb bacısı verib. Valideynlərim də qəbul ediblər.
Onlara çox qırğınam”. Məsələ burasındadır ki, Beytiyyə ərəb mənşəli sözdür və mənası “evə bağlı”, “ev adamı” deməkdir. Sadəcə, Türkiyədə bu addan kababçılar “ev yeməyi təklif edilir” anlamında istifadə etmişlər.
Təklif etdikləri, bildiyimiz kabab daha çox müştəri toplasın deyə, “ev kababı” adlandırmışlar. Bizimkilər kafelərə “qazan yeməkləri”, “ev yeməkləri” ifadələrini yazıb müştəri cəlb etməyə çalışdıqları kimi. Eser Yenənlərlə Berfu Yenənlər ad məsələsində ciddi davranıblar. Birinci övladlarının adı Quzey, ikincininki Metedir.
Əsl türk adları. Eser Yenənlər də sosial media üzərindən etdiyi paylaşımda “artıq evdə 3 Esər var: orjinal Esər, qıvırcık Eser, küçük əmmi Esər. Gəl bunlarla baş et, görüm!” yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya