Gəncə sakini qonşusunu bıçaqladı

Gəncə sakini qonşusunu bıçaqlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırlıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti stabildir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
Məlum olub ki, Etibar Məmmədova 1984-cü il təvəllüdlü Ziya Cəfərovun kəsici-deşici alətlə xəsarət yetirib.
Onlar qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetiriblər.