Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
12:17 01.12.2023
Cəmiyyət
828
Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin müəyyənləşdirilməsi ilə əlaqədar idarənin Ali Dini Şurasının iclası keçirilib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, iclas zamanı GMİ-nin şeyx namizədlərinin səsvermə prosesi baş tutub. Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib. Məlumata görə, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq səsvermədə iştirak etməyiblər.
Şeyx seçkilərində daha iki namizəd - Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov iştirak edib.
Qeyd edək ki, 1977-ci ildə Marneulinin Sabirkənd kəndində anadan olmuş Hacı Faiq Nəbiyev ilk dini təhsilini Gəncə Mədrəsəsində alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində davam etdirib. O, 2002-ci ildə “Alulbeyt” Dini Mədəni Maarif Mərkəzinin təsis olunmasından bugünədək sözügedən mərkəzin müdiri vəzifəsini tutub.
Xatırladaq ki, Gürcüstan Müsəlmanları İdarəsinin əvvəlki şeyxi Hacı Ramin İgidov idi. O, şeyx seçkilərində iştirak etməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi