Hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir

Elit və I kateqoriyalı hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində VAR Mərkəzində təşkil olunan kurslara VAR təlimatçısı Kristof Dierik rəhbərlik edir.

Kurslar iyulun 22-dək davam edəcək.