Həbsxanalar boşalır: Minlərlə məhkum azadlığa buraxılacaq
13:17 16.07.2025
Cəmiyyət
494
İtaliya Ədliyyə Nazirliyi həbsxanalardakı həddindən artıq doluluğu azaltmaq üçün təxminən 10 min nəfəri azad edə biləcəklərini açıqlayıb.
Nazirliyin məlumatına görə, 10 min 105 məhkum ev dustaqlığı və ya nəzarətli azadlıq kimi alternativ tədbirlər üçün "potensial uyğun" hesab olunur.
Bu seçim, hökmü qəti olaraq təsdiqlənmiş, cəzasının başa çatmasına 2 ildən az qalan və son 12 ayda ciddi intizam pozuntusu etməmiş məhkumlara şamil olunacaq.
TƏCAVÜZ CİNAYƏTLƏRİ İSTİSNA OLUNACAQ
Nazirlik bildirib ki, terrorizm, mütəşəkkil cinayətkarlıq, təcavüz, qanunsuz miqrant daşıması və adam oğurluğu kimi ağır cinayətlərə görə həbsdə olan şəxslər bu proqramdan yararlana bilməyəcəklər.
Statistikaya görə, İtaliya təxminən 122 faizlik doluluq səviyyəsi ilə Avropanın ən çox dolu həbsxana sistemlərindən birinə malikdir.
100 faizi keçən doluluq səviyyələri həbsxanaların maksimum tutumundan artıq yükləndiyini göstərir.
Məhkumların yaşadığı ağır şərait, intihar hallarının artması və yay aylarında kondisioner olmayan təcridxanalarda temperaturun yüksəlməsi ilə bağlı şikayətlər İtaliyada ictimai diqqəti cəlb edib.
XÜSUSİ İŞÇİ QRUPU YARADILIB
Ədliyyə Nazirliyi bu qərarın bir gecədə həyata keçirilməyəcəyini qeyd edib.
Nazirlik bildirib ki, fərdi hallara dair qərarların verilməsini asanlaşdırmaq üçün həbsxanalar və şərti azadlığa buraxılma hakimləri ilə əlaqədə olan bir işçi qrupu yaradılıb. Bu qrup hər həftə toplanacaq və sentyabr ayına qədər görülən işlər barədə hesabat təqdim edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət