Həkimdən müjdə:“Toylara da icazə verilə bilər”
Fidan Həmişəyeva
12:33 01.06.2021
Cəmiyyət
578
Milli Məclisin dünən keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açıq havada toyların keçirilməsinə icazə verilməsini təklif edib. Parlament üzvü bildirib ki, açıq havada az sayda insanın iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilməlidir.
Komitə sədri açıq havada toy şənliklərinə icazə verilməsi ilə yanaşı, teatrların açılması üçün də Operativ Qərargaha çağırış edib:
“COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir.
Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl edilməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. İnsanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir”.
Tibb elmləri doktoru, professor-həkim Adil Qeybullanın “Sherg.az”a açıqlamasına görə, yumşalmalar olubsa, toylara da icazə verilə bilər:
“Açıq havada toyların keçirilməsi mümkündür. Məsafəni gözləmək və stolların normal qaydada düzülməsi ilə mərasim təşkil olunmalıdır. Toyların keçirilə bilməsi üçün müəyyən format da tətbiq olunmalıdır. Məsələn, 75-100 nəfər arası insanla şənliyi etmək olar. Təbii ki, qonaqların hərarətini öncədən ölçmək lazımdır. Yəni müəyyən formatlarla toyları keçirmək mümkünsüz deyil. Çünki epidemioloji vəziyyət stabilləşməyə doğru gedir. Növbəti dalğa olmazsa və mövcud durum pisləşməzsə, toyların keçirilməsinə icazə vermək lazımdır. Yay aylarında bu məsələ həllini tapa bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət