İslahat yolunda geriyə addım yoxdur: ya təmiz işlə, ya da cəza...
Fidan Həmişəyeva
15:41 10.03.2021
Cəmiyyət
535
Prezident İlham Əliyev məmur özbaşınalığının aradan qaldırılması, qanunsuz əməllərə yol verən vəzifə sahiblərinin cəzalanması istiqamətində mühüm tədbirlər görür. Bu baxımdan korrupsiyaya yol verən, dövlət vəsaitini talayan hər bir məmurun həbsi qaçılmazdır. Təsadüfi deyil ki, ölkə başçısı çıxışlarında bütün vəzifə sahiblərinin xalqa layiqli xidmət etməli olduğunu xüsusilə vurğulayır. Lakin qanunsuz əməllərə yol verən məmurlara yenə də rast gəlirik.
Dünən 2 vəzifə sahibinin həbsi, 1 nəfər barəsində isə cinayət işinin açılması gündəmi zəbt elədi. Naxçıvanın sabiq Daxili işlər naziri ilə təhsil naziri həbs olundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisinə isə korrupsiyaya yol verdiyi üçün cinayət işi açıldı.
Maraqlıdır ki, məmur həbsləri və digər cəza mexanizmləri davam etsə də, bu durumdan nəticə çıxarmayanlar da var.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, Prezidentin başçılığı ilə dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam edir. Onun sözlərinə görə, bu tədbirlər sayəsində hansısa məmur həbs olunur və ona qarşı müxtəlif ittihamlar irəli sürülür:
“İnanıram ki, hüquq-mühafizə orqanları tərəfindən obyektiv və ədalətli araşdırmalar aparılır. Düşünürəm ki, cəmiyyətdə korrupsiya yol verənlərlə bağlı həbslər başlasa da, məmur özbaşınalığı davam edir. Onlar yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Ona görə də ilk növbədə məmurlar nəticə çıxarmalıdırlar. Onlar vəzifə səlahiyyətlərindən istifadə etməməli, rüvşətxorluq və korrupsiyaya yol verməməlidirlər. Çünki ölkə başçısı da dəfələrlə bildirib ki, bu proseslərin geriyə yolu yoxdur. Bu işdə hər birimiz hökumətin yanındayıq. MQF rəhbəri olaraq şəffaf və ədalətli cəmiyyətin qurulmasını istəyirəm. Bu istiqamətdə irəliləməliyik. O cəmiyyətdə ki, şəfaffalıq və ədalət hökm sürür, vətəndaşların hüquqları yüksək səviyyədə qorunur, bu zaman insanlar üçün heç bir təhlükə olmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət