Meyiti hissələrə bölərək bir neçə rayonda basdıran şəxslərdən xəbər var
Yusif Nəzərli
03:06 10.01.2023
Cəmiyyət
309
Cəlilabad rayonunda qətl törətməkdə təqsirləndirilən Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Cəlilabad rayon sakinləri - Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu 2019-cu ilin yanvar ayının 25-də rayonun Göytəpə şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib Muradovu qətlə yetirməkdə ittiham olunurlar. Yuxarıda göstərilən tarixdə S.Muradovu çoxsaylı zərbələrlə bıçaqla qətlə yetirən Ə.Ələkbərli sonradan meyiti doğrayaraq taksi sürücüsü A.Ağamalızadənin köməyi ilə onun fraqmentlərini bir neçə rayonda basdırıb.
Ələkbərli Əli Fazil oğlunun barəsində Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci, Ağamalızadə Altay Alxas oğlu barəsində isə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Ələkbərli 18 il 11 ay 27 gün, digəri isə 9 il 6 ay azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm