Mingəçevirdə kobud qayda pozuntuları törədən 35 sürücü cərimələnib
11:02 26.06.2022
Cəmiyyət
479
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin, keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən, avtomobilində konstruksiya dəyişikliyinə yol verən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib və ümumilikdə 35 sürücü barəsində inzibati protokol tərtib edilib.
Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə