Narazılıq: BNA niyə parklamada qayda yarada bilmir? - Açıqlama
Banuçiçək Kalbalıyeva
12:10 12.04.2021
Cəmiyyət
1080
“Bütün “parkovka” yerlərini vahid bir sistemdə birləşdirmək lazımdır”
“BNA nə zaman parklamada qayda yarada biləcək? Qanuni parklama sistemi yoxdur, amma qanunsuz parklama ilə bağlı cərimə sistemi qurulub və aktivdir”.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O. Gündüz “Sherg.az”a açıqlamasında ölkəmizdəki vəziyyəti dünya təcrübəsi ilə müqayisə etdi:
“Qısa bir araşdırma ilə müəyyən etmək olur ki, nəinki inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrin əksərində, böyük şəhərlərdə parklama ilə bağlı məsələlər çoxdan həllini tapıb. Bu ölkələrin əksəriyyəti, nəinki böyük parklama ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan parklama yerlərini vahid bir informasiya sistemində birləşdiriblər, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar. Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA- ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakı şəhərində xeyli “parkovka” yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa, indiyədək əksər “parkovka” yerlərindən yığılan pulların BNA- ya aidiyyəti yoxdur. Ümumiyyətlə, BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa X şirkətin nəzarətindədir”.
O, məsələyə təsir edən amilləri də sadaladı:
“Çünki hökumət saat hesabı parklama tariflərini 4 ildir müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı “parkovka” yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması məqsədilə Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi, uzun müddətdir, sözügedən problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa “parkovka”nın idarəedicisi o hesab olunur. Bəzən kimsə dövlətə məxsus olan parklama ərazisinə şlaqbaum yerləşdirir. Bütün “parkovka” yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb”.
Ekspert, həmçinin bir təzadlı məqama da toxundu:
“Qəribədir ki, BNA parklamanın tariflərini həll edə bilməsə də, vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də, qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edib. Bunun üçün BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Cari ildə, nəhayət, sözügedən problemin də öz həllini tapacağına ümid edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media