
Pəncərə arxasında təhlükə: Sadə tədbirlər həyat qurtarır -RƏY
11:09 04.07.2025
Cəmiyyət
323
Ekspert: Fiziki maneələr uşaqların və yeniyetmələrin pəncərədən yıxılma riskini əhəmiyyətli dərəcədə azalda bilər
Müasir urbanizasiya şəraitində çoxmərtəbəli binalarda yaşayan əhali, xüsusilə də ailələr üçün yaşayış mühitində təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Azyaşlılar və yeniyetmələr bu mühitdə daha həssas risk qrupunu təşkil edir. Statistik göstəricilər göstərir ki, pəncərədən yıxılma halları uşaq ölümləri və ağır xəsarətlərin səbəbləri arasında yer alır.
Oxşar hadısələrdən biri dünən Bakı şəhərində qeydə alınıb. Belə ki, 17 yaşlı M.Z qız yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Bu kimi hadisələrin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin vaxtında və sistemli şəkildə həyata keçirilməsi vacibdir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, binalarda təhlükəsizliyin təmin olunması məqsədilə xüsusilə azyaşlılar və yeniyetmələr üçün risklərin minimuma endirilməsinə yönəlik preventiv tədbirlərin həyata keçirilməsi zəruridir:

“Bu çərçivədə, pəncərələrdə mütləq şəkildə təhlükəsizlik məqsədli metal barmaqlıqların quraşdırılması tövsiyə olunur. Belə fiziki maneələr uşaqların və yeniyetmələrin pəncərədən yıxılma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Əgər texniki və ya memarlıq baxımından barmaqlıqların quraşdırılması mümkün deyilsə, alternativ olaraq pəncərələrin tam açılmasının qarşısını alan xüsusi kilid mexanizmlərinin tətbiqi məqsədəuyğundur. Bu mexanizmlər təhlükəsizliyin təminində effektiv mühəndis həlləri hesab olunur. Fiziki müdafiə vasitələri ilə yanaşı, psixososial yanaşmalar da önəmlidir. Bu baxımdan, valideynlər tərəfindən uşaqlara və yeniyetmələrə istiqamətlənmiş sistemli maarifləndirmə və təhlükə haqqında məlumatlandırma tədbirləri həyata keçirilməlidir. Azyaşlılara pəncərədən yıxılma hallarının potensial olaraq həyati təhlükə daşıdığı və ya ciddi bədən xəsarətləri ilə nəticələnə biləcəyi izah edilməlidir. Bu yanaşma həm fərdi, həm də ictimai təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət