“Problem skuterdə yox, onu idarə edəndədir” -EKSPERT
11:21 09.07.2025
Cəmiyyət
418
Bakı şəhərində Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir:
"Xüsusilə vurğulanıb ki, səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Ona görə də vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinilməlidir, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdır.
DYP bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırır".
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov isə Sherg.az-a bildirdi ki, əslində, skuter və motosikletlərin sayının artması özü-özlüyündə problem yaratmır:
“Problemi doğuran əsas məqam bu tip fərdi nəqliyyat vasitələrini idarə edən sürücülərin məsuliyyətsiz davranışlarıdır. Qlobal tendensiya göstərir ki, insanlar ekoloji cəhətdən təmiz və fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər. Xüsusilə iri şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə və daşınma xidmətlərinin genişlənməsi fonunda mikromobillik vasitələrinin istifadəsi geniş vüsət alıb. Bu artımın özü mənfi deyil, lakin risklər əsasən bu vasitələri idarə edən şəxslərin davranışlarından qaynaqlanır. Əsasən azyaşlı və gənc vətəndaşlar arasında yol hərəkəti və idarəetmə qaydalarının yetərincə bilinməməsi ciddi narahatlıq doğurur. Eyni zamanda, skuter, velosiped və elektrikli mikromobillik vasitələri ilə sərnişin daşımaq qadağandır və bu nəqliyyat vasitələrinin bir nəfərlik olması normativ tələblərlə müəyyən edilib. Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri müəyyən dərəcədə müsbət nəticələr verir və sürücülər arasında məsuliyyət hissinin formalaşmasına xidmət edir. Bu isə birbaşa olaraq yol hərəkəti təhlükəsizliyinin artırılması və qəza risklərinin azalması ilə nəticələnə bilər. Bununla belə, məsuliyyət təkcə DYP üzərinə düşməməli, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti və media da bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət