“QHT-lər elektron müraciət imkanı qazanacaqlar”
Turan
12:39 29.06.2020
Cəmiyyət
731
“Bütün dövlət qurumlarına ayrılan qrantların Şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyyə edirəm”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında “Qeyri-Hökümət Təşkilatları haqqında” Qanuna təklif olunan düzəlişlərin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bu gün yeni dəyişikliklər təsdiq olunduqdan sonra, QHT-lər qrant müqavilələrini qeydiyyata aldırmaq üçün elektron müraciət etmək imkanı qazanacaqlar:
“2019-cu ildə 213 milyon manatlıq qrantın yalnız 4 milyon manatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfındən təklif edilib. Ölkənin aparıcı vətəndaş cəmiyyəti qurumları da daha çox şuranın vəsaitələrinə müraciət edirlər. Praktik olaraq əksər aparıcı QHT-lərin digər dövlət qurumları tərəfindən ayrılan 209 milyon manata çıxış imkanları məhduddur. Bütün dövlət qurumlarına ayrılan qrantların şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyyə edirəm. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın gücləndirilməsinə, məlumatların elektron bölüşdürülməsinə imkan yarada bilər. SƏLİS vəsaitəsi ilə hətta müqavilələrin elektron bağlanmasının mümkün olduğunu nəzərə alsaq bu eyni zamanda mövcud pandemiya şərtlərinə də uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə