
Səssiz və rəngsiz ölüm artır – NƏ ETMƏLİ?
Yusif Nəzərli
14:22 03.02.2022
Cəmiyyət
770
Dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Toksikoloji şöbəyə xəstələrin zəhərlənmələrlə daxil olması barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov Media.Az-a danışıb. Toksikoloq indiki dövrdə ən çox dəm qazı ilə zəhərlənmə hallarına rast gəlindiyini vurğulayıb.
Dəm qazı zəhərlənməsi zamanı ölüm halının qarşısını almaq üçün ilk növbədə onun əlamətlərini bilmək və düzgün şəkildə ilkin yardım göstərmək lazımdır.
Hər gün can alan səssiz və rəngsiz ölüm təhlükəsindən yaxa qurtarmaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etmək gərəkir?

Mövzu ilə bağlı "Sherg.az"a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, dəm qazını yaradan əsas səbəb yanma prosesinin düzgün getməməsidir:
" "Ceyran peçi", "İran sobaları" kimi qaz sobalarından istifadəni yığışdırmaq lazımdır. Standartlara cavab verməyən qaz sobalarından istifadə etdikdə, tüstü bacalarının vaxtında təmizlənməməsi, qaz cihazlarına kənar müdaxilələr, təmir işləri aparılan zamanı doğru avadanlıqların, detalların dəyişilməsi dəm qazını əmələ gətirən səbəblərdir. Qaz xətləri qeyri-metal borularla çəkilir. Bəzən istilik gəlmir deyə, qaz sobasına kənar müdaxilələr edilir. Bunu da peşəkar adam etmir. Dost-tanış çağırırlar, qazın təyziqi ilə bağlı əməliyyatlar həyata keçirirlər. Sonra deyirlər, qaz çox gəldi. Belə müdaxilə ilə qazın çoxalmasında dəm qazının yaranması qaçılmazdır. Hansı evdə qaz bu cür təchiz olunursa, orda dəm qazından zəhərlənmə halları baş verir. Dəm qazı əleyhinə detektorlardan yararlanmaqları yaxşı olar. Evdə dəm qazı qoxusu hiss edildiyi təqdirdə detektorlar avtomatik şəkildə elektromaqnit şüanı ötürür, qazın təchizatı dayanır. Tüstü bacaları heç olmaya ildə bir dəfə təmizlənməlidir. Mütləq hamam otağının nəfəsliyi olmalıdır, qapının aşağı hissəsində kiçik dəliklər açmaq zəruridir. Onun sayəsində hava dövr edəcək. Əgər dəm qazı yaranarsa, içəridəki insanın zəhərlənməsi qaçılmaz olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual