“Təhsilli xanımı idarə etmək mümkün deyil” - Savad güc deməkdir!
“Təhsilli xanımı idarə etmək mümkün deyil” - Savad güc deməkdir!
Yusif Nəzərli
13:35 08.02.2022
Cəmiyyət
682
Bakıda 15 yaşlı qız G.B. uşaq dünyaya gətirdikdən sonra özü və körpəsi ölüb. Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.
Yazçı Pərvin Nurəliyeva cəmiyyətdə baş verən belə neqativ hallardan “Sherg.az”a danışarkən bildirib ki, artıq 21- ci əsr olmasına baxmayaraq hələ də mətbuatda tez-tez belə xəbərlərə rast gəlirik:
“Bu başlıca olaraq savadsızlığın göstəricisidir. Belə mövzularla qarşılaşanda yazıçı Yusif Vəzir Çəmənzəminlinin qadınlar haqqında yazdığı məqalə yadıma düşür. O burda qeyd edib ki, analar savadlı olmalıdır ki, onların yetişdirdiyi uşaqlar da topluma yararlı olsun. Hər şey onların savadı ilə tənzimlənir.Erkən yaşdan qızların başına gələn belə hadisələr ilk növbədə onların məlumatsızlığından doğur. Burada valideyn məsuliyyətsizliyi də özünü göstərir. Çağdaş cəmiyyət bizi qınaq hissindən kənar durmağa çağırır. Biz bu şəxslərin taleyini dəqiq bilmirik. Özüm də heç vaxt qınamaq tərəfdarı olmamışam. Biz belə problemlərə sadəcə ümumi yanaşıb nəticə çıxara bilərik”.
Yazıçının fikrincə, hər şeydən əvvəl bu yöndə maarifləndirmə işi gücləndirilməlidir:
“Görünür maarifçilərimizin 19-cu əsrdən bu yana qadın hüquqları uğrunda apardığı mübarizə indi də davam etdiriliməlidir. Əgər layiqincə davam etdirilsə idi, bu gün gənc qızların başına da belə işlər gəlməzdi. Hazırda Azərbaycan Pedoqoji Universitetində dərs deyirəm. Auditoriyamın doxsan faizi xanımlardan ibarətdir. Bu mənzərəyə tamaşa edəndə sevinirəm. 20-ci əsrin əvvəlində ölkəmizdə qız məktəbini çətinliklə yaradırdılar. Hazırda belə deyil. İndi xanımlar istədikləri kimi təhsil ala, azad şəkildə öz bizneselərini qura bilirlər. Bununla belə yenə də neqativ hallar qaçılmazdır”.
P.Nurəliyevə görə, ölkəmiz təkcə mərkəzdə gördüyümüz mənzərədən ibarət deyil və Bakıda belə hallara az rast gəlinsə də, bölgələrdə bu say kifayət qədər çoxdur:
“Təhsilli xanımı məcburi idarə etmək mümkün deyil. Savad güc deməkdir. Y.V.Çəmənzəminlinin dediyi kimi xalq o zaman özünü bütöv hiss edə bilər ki,onun xanımları savadlı olsunlar. O zaman gələcəyimiz də işıqlı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə