TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
15:38 18.07.2025
Cəmiyyət
435
İyulun 18-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının təqdimat mərasimi baş tutub.
Sherg.az xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, Elm və Təhsil Nazirliyi və ona tabe strukturların təmsilçiləri, korporativ tərəfdaşlar, əməkdaşlıqda maraqlı şirkətlər, həmçinin müxtəlif media qurumlarının nümayəndələri iştirak edib.
Rəsmi hissədə ilk olaraq, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Nazir müavini təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olmasının vacibliyini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 4 illik fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, TələbəPlus kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb.
Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan TəhsilPlus kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır.
Daha sonra Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir. TələbəPlus kartının uğurundan bəhs edən Fərid Hidayətzadə, artıq 200 minə yaxın tələbənin bu imkanlardan faydalandığını bildirib. TəhsilPlus kartının isə daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb. Sonda o, layihənin tərəfdaşlarına təşəkkürünü bildirərək, təhsil sahəsində birgə daha çox uğurlu layihələrə imza atılacağına inandığını bildirib.
“Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar TəhsilPlus kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını “Mastercard” texnologiyalarının təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri “Mastercard”ın “Priceless Specials” platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər.
TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.
Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə TəhsilPlus kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır.
Daha sonra Fondun nümayəndəsi Aysel Məhərrəmova TəhsilPlus layihəsinə qoşulmaq imkanları barədə məlumat verib. Bildirilib ki, maraqlı şirkətlər Fondun rəsmi internet səhifəsində yerləşən müvafiq əlaqə vasitələri ilə müraciət edərək, TəhsilPlus kartı istifadəçilərinə öz məhsul və xidmətlərini təqdim etmək vasitəsilə layihəyə töhfə verə bilərlər.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestrinin təqdimatında bədii hissə ilə davam edib.
Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət