Umayra Tağıyeva: Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir
09:00 01.12.2023
Cəmiyyət
693
“Azərbaycanın qlobal emissiyalarda payı çox cüzidir. Bu göstərici cəmi 0.15 faizdir”.
APA BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində Dünya İqlim fəaliyyəti sammiti çərçivəsində jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, beynəlxalq səylərə dəstək üçün Azərbaycan konvensiyanın katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib:
“Belə ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb", - deyə o qeyd edib.
Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin karbon neytrallığı zonası yaradılması planlaşdırılıb:
“İqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir”.
Umayra Tağıyeva deyib ki, 2023-cü il ərzində 2 milyon müxtəlif cinsli ağac əkilib:
“İlin sonuna qədər bu rəqəmin 3 milyona çatıdırılması planlaşdırılır. Bu, gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında böyük töhfə olacaq”.
“Azərbaycan iqlim dəyişmələrinə həssas yanaşan ölkələrdəndir. Son illərin statistik məlumatlarının təhlili göstərir ki, Azərbaycanın iqlim dəyişmələrinə həssaslıq indeksi artır", - deyə o əlavə edib.
Umayra Tağıyeva deyib ki, bu, tək Azərbaycan üçün səciyyəvi olmasa da, bütün dünyada təbii fəlakətlər artmaqdadır:
"Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə də ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər "Erkən xəbərdarlıq hər kəs üçün" təşəbbüsü irəli sürülüb. Bu sahədə Azərbaycanda da dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur və erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir".
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi