Uşaq poliklinikasında yaradılan peyvənd otaqlarına valideyn turu təşkil olunub
09:57 01.12.2023
Cəmiyyət
825
Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 19 nömrəli Uşaq Poliklinikasında yenilənən peyvənd otaqlarına valideyn turu təşkil olunub.
TƏBİB-dən “Sherg.az”a bildirilib ki, tibb müəssisəsinin həkim-immunoloqu Meyxanım Nəzirzadə valideynləri peyvənd otaqlarına ilə tanış edib, “soyuq zəncir” sistemi barədə məlumat verib: “Soyuq zəncir” vaksinlərin istehsalçıdan başlayaraq
tətbiq anına qədər düzgün saxlanılması və paylanılmasını təmin edən qaydalar tolusudur. Peyvəndlər həssas maddələr olduğu üçün onların saxlanılması üçün optimal, +2 və +6 temperatur diapazonunda olmalıdır”.
Mütəxəssis peyvənd otağındakı avadanlıqlar barəsində də ətraflı məlumat verib.
Valideynlərin diqqətinə çatdırılıb ki, peyvəndlər tibb müəssisələrinə tam sterilizasiya şəraitində gətirilir və xüsusi soyuducularda təyin edilən qaydalara, dərəcəyə uyğun olaraq saxlanılır: “Avadanlıqlar iki qrupa ayrılır ayrılır. Birincisi “soyuq zəncir”lərin daşınması üçün istifadə olunan daşıyıcı peyvənd qutuları, digəri isə onların saxlanılması üçün istifadə olunan soyuducular”.
Daha sonra isə həkim- immunoloq valideynlərə uşaqlara vurulan peyvəndlər haqqında ümumi məlumatlar verib, onların sualları cavablandırıb:
“Uşaq ilk dəfə peyvəndlə doğum evində tanış olur. Ona vərəm əleyhinə və hepatit peyvəndi vurulur. Uşaqlar poliklinikada qeydiyyata düşdükdən sonra isə ikinci ayından etibarən uşaq Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi vaksinasiya cədvəlinə uyğun olaraq peyvəndləməyə cəlb edilir. Bir vaksinlə uşağı 5 xəstəlikdən qorumaq olur”.
Həkimin sözlərinə görə, peyvənd olunan uşaqda yüngül reakasiyaların olması normaldır: “Qızdırma orqanizmin peyvəndə immun cavabıdır. Bəzi uşaqda ümumiyyətlə reaksiya olmaya, digər uşağın isə yüngül temperaturu ola bilər”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi