Yaxşı dost olmağın 5 əsas şərti
Yusif Nəzərli
03:32 13.01.2023
Cəmiyyət
685
Alimlər uzun illər aparılan tədqiqatlar sonucunda insanları xoşbəxt edə biləcək formula tapıblar
Harvard Universitetinin alimləri 85 illik (!) fəaliyyətlərinin nəticəsi olaraq insanlarla əlaqə yarada bilmənin həyata böyük məna qatdığı qənaətinə gəlib. “NTV.com.tr” xəbər verir ki, “Insider”in məlumatına görə, “Good Life: Lessons from the World's Longest Scientific Study of Happiness" adlı kitablarında psixiatr Robert Valdinger və psixoloq Marc Şulz insanlar arasındakı əlaqələrin necə böyük üstünlüyə malik olduğuna ciddi yanaşmalı olduğumuzu qeyd ediblər. Alimlər bu fikirdədir ki, insanlar arasındakı əlaqələrin, ünsiyyətin azalması ciddi problemlərə səbəb olur və həyat keyfiyyətini aşağı salır. Alimlər uzun illər aparılan tədqiqatlar sonucunda insanları xoşbəxt edə biləcək formula tapıblar. Bu, insanlar arasında qurulacaq dərin bağlar - əlaqələrdir.
Bu bağlar ruhi sağlamlığımıza müsbət təsir edir. Alimlər həyat yoldaşı və dostlarla möhkəm əlaqələr, dostluq münasibətləri qurmağın 5 əsas şərtini açıqlayıb. İnsanları bir-biriylə daha yaxın, səmimi dost edəcək 5 əsas xüsusiyyət bunlardır:
Birincisi, probleminiz barədə danışmaqdan, yaşadığınız çətinlikləri ailə üzvləri və dostlarınızla paylaşmaqdan çəkinməyin. Nələr baş verdiyini, başına nələr gəldiyini dostlarınıza danışın. Valdinger “əvvəllər ailəmin yanında sağlamlığımdan əsla şikayət etməyəcəyəm”, deyirdim, indi isə ailə üzvlərimi daha yaxşı anlayıram, çünki artıq yaşlanıram. Ailə üzvlərinin qayğısına ehtiyac duyuram. Onlar hansı problem yaşadığımı bilməyəcəklərsə, mənə necə kömək edə bilərlər?
İkincisi, ailə üzvləriniz, dostlarınızla maraqlandığınızı onlara əyani göstərin. Ailə üzvləri, dostlarınız sizin onlar barədə düşündüyünüzü, onlarla maraqlandığınızı bilsinlər, duysunlar.
Üçüncüsü, qarşınızdakı insana qarşı diqqətli olun, o sizin ona diqqət göstərdiyinizi hiss etsin. Bu, insanların bir-birinə səmimiyyətini artırır. Birisinə diqqət göstərmək ona hörmətin göstəricisidir.
Dördüncüsü, münasibətlərinizi inkişaf etdirməyə çalışın. Uzunmüddətli, daimi dost ola biləcəyiniz insanları düzgün seçin. Kimlərlə münasibətlərə önəm verirsinizsə, siyahısını çıxarın və münasibətlərin necəliyini, nə dərəcədə səmimi olduqlarını gözdən keçirin. Bu münasibətlərin sizə necə təsir etdiyini, həyatınızı müsbət mənada dəyişib dəyişmədiyini bilin.
Beşincisi, kiçik görüşlərlə geniş münasibətlər qurmağın yolu birisini qəhvə və ya çay qonaqlığına dəvət etməkdir. Masa arxasında səmimi ortamda yaranan əlaqələr sizə kiçik, zəif görünə bilər, lakin unutmayın, böyük dostluqlar kiçik görüşlərdən başlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq
19:36 16.02.2026
Dünya
Rubio: İranla razılıq asan olmayacaq, amma ABŞ səylərini göstərəcək
19:27 16.02.2026
Dünya
İspaniyada buğa festivalində faciə: Bir tamaşaçı öldü
19:27 16.02.2026
Hadisə
Ərdoğan sabah Efiopiyaya gedəcək
19:18 16.02.2026
Dünya
X sosial şəbəkəsi çökdü
19:11 16.02.2026
Dünya
Rusiya nümayəndə heyəti Cenevrəyə bu axşam yola düşür
18:47 16.02.2026
Dünya
TƏBİB sədrliyinə namizəd şəxs infarkt keçirdi
18:40 16.02.2026
Dünya
Sabah Günəş tutulması baş verəcək
18:33 16.02.2026
Sosial
Rusiya kütləvi hücuma hazırlaşır - Zelenski
18:28 16.02.2026
Dünya
Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
18:20 16.02.2026
Elm və Təhsil
KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb
18:14 16.02.2026
Dünya
Rubio NATO mesajı verdi, Kaya Kallas “tezdir” dedi - POLİTOLOQ
18:03 16.02.2026
Gündəm
Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək
17:55 16.02.2026
Dünya
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
17:25 16.02.2026
Aktual
Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
17:24 16.02.2026
Cəmiyyət