Yeni səfirdən gözləntilər: “O da öz sələfləri kimi fəal olacaq”
Banuçiçək Kalbalıyeva
11:30 16.04.2021
Cəmiyyət
565
“Çünki həm qarşılıqlı səfərlərin, həm də ortaq layihələrin sayı artacaq”
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı gələn həftə Bakıya gələcək. Bu barədə Azvision.az-a Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral məlumat verib. Diplomat bildirib ki, yeni səfir gələn həftənin əvvəlində Bakıda olacaq. Bundan əlavə diplomat bildirib ki, sabah Bakını tərk edərək Türkiyəyə dönəcək. Xatırladaq ki, E.Özoral 2016-cı ildə Azərbaycanda səfir postunda fəaliyyətə başlayıb. Onu bu vəzifədə yeni səfir Cahit Bağçı əvəz edəcək. C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yeni səfirdən gözləntilərini “Sherg.az”la bölüşdü:
“Əlbəttə, ölkələr arasındakı əlaqələrin inkişafında səfirlərin də mühüm rolu var. İndiyədək Türkiyənin Azərbaycandakı bir neçə səfiri dəyişib və bu, çox normaldır. Fikrimcə, Cahit Bağçı da əlaqələrimizin inkişafında öz sələfləri kimi fəal olacaq. Xüsusilə indiki mərhələdə, yəni Bakı ilə Ankara arasında siyasi, hərbi və iqtisadi əməkdaşlığın genişləndiyi bir vaxtda bun çox ehtiyac var. Çünki həm qarşılıqlı səfərlərin, həm də ortaq layihələrin sayı artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq