DVX: 2025-ci il yanvarın 1-dən rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmayacaq
DVX: 2025-ci il yanvarın 1-dən rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmayacaq
09:14 22.04.2024
İqtisadiyyat
570
“Kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi və uçot intizamının yüksəldilməsi dövlət vergi orqanları qarşısında duran əsas hədəflərdəndir. Bu məqsədlə bazar iştirakçıları arasında əməliyyatların şəffaflaşdırılması və sənədləşdirmə səviyyəsinin qaldırılması baxımından vergi orqanları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Bununla belə, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 faiz rentabellik nəzərə alınmaqla tətbiq olunacaq. 2025-ci ilin yanvarın 1-dən etibarən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.
Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.
Nümunə: A MMC tərəfindən vergi orqanına təqdim edilən mənfəət vergisinin hesabatında 120.000 manat gəlir, 100.000 manat xərc əks etdirilib və 4.000 manat mənfəət vergisi hesablanıb. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlamasında xərclərə dair sənədlərin tələb edilməsi zamanı cəmiyyət tərəfindən gəlirlərin rəsmiləşdirildiyi, lakin xərclərin 30.000 manat hissəsinin sənədlərlə təsdiqini tapdığı, 70.000 manat hissəsinin isə rəsmiləşdirilmədiyi müəyyənləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol
Kaşpirovskiinin oğlu atasının dəfninə gəlməyəcək
17:24 04.10.2026
Dünya