Deputat: Büdcəyə yenidən baxılması realdır
Deputat: Büdcəyə yenidən baxılması realdır
09:40 24.05.2024
İqtisadiyyat
679
Neftin qiymətinin 60 dollardan götürülməsi rəqəmi də dəyişə bilər
Ekspertlər maaşların və sosial müavinətlərin artırılmasını isə real görmür
“2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Komitə sədri deyib ki, layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi 2 milyard 590 milyon manat və ya ÜDM-nin 2,2 faiz səviyyəsində kəsirlə təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır. Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarına bərabər götürülüb. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib. Bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 faiz və 20,4 faiz çoxdur. Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 faiz azdır.
Millət vəkili Vüqar Bayramov isə “Sherg.az”a açıqlamasında deyib ki, son dövrlər ən çox ünvanlanan suallardan biri məhz 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. O xatırladıb ki, əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:
“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsində profisit yaranıb. Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxilolmalar proqnozlaşdırılandan daha çox olub.
“Büdcə sistemi haqqında” Qanuna əsasən, oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil”.
2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan millət vəkili hesab edir ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər. V.Bayramov qeyd edib ki, ilin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub. Ona görə, dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər.
İqtisadçı-ekspert Xalid Kərimli isə hesab edir ki, büdcəyə yenidən baxılsa da, maaşların və sosial müavinətlərin artırılması kimi məsələlər real görünmür:
“İl hələ bitməyib. İlin ilk 3 ayının nəticəsində büdcədə qalıq qalıb, bəlkə də ikinci rübdə bəlkə əskik olacaq? Bu kimi detallar nəzərə alınmalıdır. Əmək haqqı, pensiya və digər müavinətlər elədir ki, artım varsa, digər aylarda da o formada verilməlidir”. X.Kərimlinin sözlərinə görə, ilk aylar dövlət büdcəsinin profisitlə icra olunmasına səbəb neftin qiymətinin dünya bazarında yüksək olması və qeyri-neft sektorundan daxilolmalarla bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya