Nisə Qasımova: "Heç kimə yaşla bağlı mənə nəsə deməsinə icazə vermirəm"
Yusif Nəzərli
14:57 13.02.2025
Şou
603
"Yaş sözündən xoşum gəlmir. Heç kimə yaşla bağlı mənə nəsə deməsinə icazə vermirəm. Yaş mənim üçün rəqəmdən ibarətdir. Mənim üçün əsas yaşadığım həyatdır, insanların hörmətidir, ailəmdir".
Bu sözləri Teleqraf-a açıqlamasında bu gün 70 yaşını qeyd edən Xalq artisti Nisə Qasımova deyib.
Xalq artisti sənət dostlarının ona diqqətindən də danışıb: "Doğum günümlə bağlı mənə çoxlu sayda zənglər edilir. Sənət dostlarım gecədən zəng edirlər. Adətən, doğum günümü ailə üzvlərimlə sakit və gizli qeyd edirəm. Heç kimə bu haqda məlumat vermirəm".
Xalq artisti bildirib ki, onun heç zaman sənətin zirvəsinə qalxmaq iddiası olmayıb: "Mən "sənətin zirvəsi"ni fəth etmişəm və s. sözlərindən xoşum gəlmir. İnsan insanlığın zirvəsinə doğru gedər, sənətin zirvəsinə doğru deyil. Niyə? Çünki sənət sahəsində o qədər sənətkarlar var ki...Ona görə "filankəs birincidir" sözündən xoşum gəlmir. Mənim üçün yaşam və həyat tərzimin zirvəsi var. Mən sadə müğənniyəm, oxuyuram, vəssalam".
Nisə Qasımova arzusunu da dilə gətirib: "Arzudan-arzu doğur. Heç kim deyə bilməz ki, mənim bütün arzularım yerinə yetib. İnsan Allahla ünsiyyət quranda, dua edəndə həmişə ehtiyatlı olmalıdır. Gözəl arzular etməlidir. Həmişə mehriban olmalıyıq. Mənim ən gözəl arzularımdan biri insanların bir-birinə hörmət etməsidir. İnsanların mənə xoş münasibəti həyatda ən şirin nemətdir. Dünyada bundan gözəl nə ola bilər?! Heç nə...".
Süd vəzi xərçəngindən sağalan Xalq artisti səhhəti barədə də məlumat verib: "Səhhətimdə hər şey yaxşıdır. Müalicəm davam edir və sağlamlıq problemi ilə bağlı cüzi məsələlər qalıb. Onlar da inşallah yaxın günlərdə bitməlidir. Çünki yeni mahnılarım var, onları sevənlərimə təqdim etməliyəm".
Qeyd edək ki, N.Qasımova 1954-cü ildə Bakı şəhərində anadan olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə