XİN rəhbərləri Azərbaycan-Bolqarıstan tərəfdaşlıq münasibətlərini müzakirə edib
Yusif Nəzərli
19:14 15.02.2025
Siyasət
374
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüş zamanı, Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm