
Ekspert: Sərhədlər açıldıqdan sonra dəmir yolunda inkişaf daha da qabarıq şəkildə özünü göstərəcək
10:24 15.05.2025
Cəmiyyət
500
Azərbaycan Dəmir Yolları vaistəsilə bu ilin yanvar-aprel aylarında 2 979 167 sərnişin daşınıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Hesabat dövründə ən çox sərnişin Abşeron dairəvi marşrutu ilə daşınıb -123 089 nəfər.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında 2 566 218 sərnişin daşınıb.
Onu da bildirək ki, bu ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 8281 nəfər olub.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a bildirib ki, dəmiryollarının inkişafı göz qabağındadır:

“Təsadüfi deyil ki, bir neçə ay əvvəl Cənab Prezident jurnalistlərlə görüşdü, müsahibə verdi və orda da qeyd etmişdi ki, Azərbaycan Dəmir Yolları və Azərbaycan Hava Yolları ilk dəfə olaraq son iki ili gəlirlə başa vurublar. Yəni dövlət dotasiyaları, dövlətin köməyi olmadan həm öz xərclərini qarşılayıb, həm də dövlətə gəlir gətiriblər. Bu onu deməyə əsas verir ki, həm dəmir yolları, həm də hava yolları kifayət qədər inkişaf edib və geniş xidmət göstərir. Həmçinin nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar olaraq quru sərhədlər bağlıdır və sərnişindaşıma həyata keçirilmir. O baxımdan da düşünürəm ki, sərhədlər açıldıqdan sonra dəmir yolunda inkişaf daha da qabarıq şəkildə özünü göstərəcək. Yeni qatarlar alınır, yeni dəmiryol xətləri salınır, bağlı qalan dəmir yol xəttləri açılır və sərnişinlərin istifadəsinə verilir. 30-40 ildir ki, təmir olunmayan dəmir yol xətləri təmir olundu, dəmiryol şəbəkəsinə yeni abu-hava gəldi. Bütün bunların hər biri sərnişinlərin marağını cəlb edir. Eyni zamanda, Bakı, Sumqayıt, Pirşağı və digər Bakı kəndləri istiqamətində, elektrik qatarları vasitəsilə sərnişindaşıma həyata keçirilir. Bu da müsbət təsir göstərir. Çünki Bakı, Sumqayıt yolunda və Bakı kəndləri istiqamətində yollar tıxacla dolur. İnsanlar artıq taksilərdən şəxsi maşınlardan deyil, dəmiryolu ilə hərəkətdən daha çox faydalanırlar. Yəni bütün bunlar onu göstərir ki, insanlarımızın bu nəqliyyat növlərinə marağı böyükdür və get gedə də bu maraq artmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə