ABŞ Prezidenti Donald Trampa sui-qəsd hədəsi ilə bağlı Vaşinqtonda 26 yaşlı şəxs saxlanılıb. Onun avtomobilindən üç odlu silah və çoxlu sayda patron aşkarlanıb.
Sherg.az xəbər verir ki, hadisə Ağ Evin yaxınlığında baş verib. Venesuela vətəndaşı Ronni Yordriks Quanipa Çrinos avtomobilində yatarkən ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, şübhəli Trampı öldürməyi əmr edən səslər eşitdiyini bildirib. Avtomobildən AR-15 tüfəngi, MAC-10 tipli silah, Glock 43X tapançası və çoxsaylı döyüş sursatı götürülüb.
Şübhəli qanunsuz silah saxlama, avtomobildən icazəsiz istifadə və oğurluq da daxil olmaqla bir neçə maddə üzrə ittiham olunur. Onun federal məhkəmə qarşısına çıxarılması gözlənilir.
ABŞ Məxfi Xidmətinin direktoru Şon Kurran isə təhlükə hallarının artmasından narahatlığını ifadə edib.