Rusiya Qara dənizdə Ukrayna gəmisini vurdu

Rusiya Silahlı Qüvvələri Odessanın şərqində Qara dənizdə Ukraynaya məxsus gəmini vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Odessanın şərqindəki Qara dəniz sularında Ukraynaya hərbi texnika və ikili təyinatlı yük daşıyan quru yük gəmisi vurulub", - deyə məlumatda qeyd olunur.