
Əsirlərin dəyişdirilməsi tərəflər arasında etimadı artıra və atəşkəsə zəmin yarada bilər -Politoloq
12:57 06.01.2025
Dünya
521
"Əşarq” qəzeti məlumat yayıb ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısında olan 34 girovu azad etməyə razılaşıb. İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verib. Siyahıda Qəzzada saxlanılan qadınlar, uşaqlar və xəstələrin adları var.
“HƏMAS bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək təxminən bir həftə çəkəcək”, - deyə mənbədə qeyd olunub.
Sözügedən məsələni "Sherg.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, bir ildən çox davam edən münaqişənin əsas məsələlərindən biri əsirlərin azad edilməsidir:

"HƏMAS, dəfələrlə"hamının hamıya" prinsipi ilə girov və əsirlərin dəyişdirilməsini təklif edib, lakin İsrail bu təklifləri qəbul etməyib. Münaqişənin uzanmasının əsas səbəblərindən biri də məhz budur. Lakin əsirlərin dəyişdirilməsi məsələsi İsraildə müəyyən siyasi narazılıqlara və müzakirələrə səbəb olduğu üçün, HƏMAS və İsrail arasında əsirlərin azad edilməsi ilə bağlı razılaşmaya gəlmək münasibətlərə müsbət təsir göstərə bilər. Bu razılaşmanın, HƏMAS-İsrail münasibətlərinə olduğu kimi, Fələstin-İsrail əlaqələrinə də müsbət təsir etməsi mümkündür. Sözügedən perspektivdə, HƏMAS-ın etibar qazanması və özünü müstəqil bir təşkilat kimi təsdiq etməsi ehtimalı da artır. Əsirlərin dəyişdirilməsi tərəflərin bir-birinə olan etimadını artırar və atəşkəsin yaranmasına zəmin yaradar. Əgər atəşkəslə bağlı razılaşmaya gəlinərsə, bu, İsrail-Fələstin münasibətlərində yeni bir dövrün başlanmasına səbəb olar. Yəni yeni dövr bölgədəki sabitliyə, siyasi proseslərə, əməkdaşlığa, sosial məsələlərə, qaçqınların qayıdışına və ümumi inkişaf proseslərinə müsbət təsir göstərə bilər".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə