Zöhrə Kudayi kişidir, yoxsa qadın?
Yusif Nəzərli
11:58 16.11.2021
Arxiv
1174
İranın qadınlar üzrə futbol yığması sentyabrın 27-də baş tutan İran – İordaniya qarşılaşmasında qolsuz bitən oyunun penaltilərində 4:2 hesabı ilə İordaniya üzərində qələbə qazanaraq, 2022-ci il Asiya Millətlər Kuboku yarışlarına lisenziya hüququ əldə edib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, İordaniya Futbol Federasiyasının sədri Əli bin Əl-Hüseynin İranın qadınlar üzrə millisinin qapıçısının kişi olduğunu iddia edərək Asiya Futbol Konfederasiyasının bununla bağlı araşdırma aparmasını tələb etməsindən sonra İranın qadınlar üzrə futbol millisinin baş məşqçisi Məryəm İrandust bu məlumatların yalan olduğunu deyib.
İrandust qeyd edib ki, həkim heyəti bu kimi problemlərin qarşısını almaq üçün komandanın hər bir üzvünü hormonal testdən keçiriblər.
“Bütün azarkeşlərə demək istəyirəm ki, qətiyyən narahat olmasınlar. Biz vaxt itirmədən lazımi sənədləri Asiya Futbol Konfederasiyasına göndərəcəyik”, - deyə o əlavə edib.
Xanım Kudayinin özü isə “Mehr” xəbər agentliyinə açıqlamasında ailəsini dolandırmaq üçün futbolla yanaşı, dülgərliklə də məşğul olduğunu deyib.
“Bir çox futbolçular kimi, mən də böyük əziyyətlər çəkmişəm, bir sıra əlavə işlərlə, o cümlədən dülgərliklə məşğul olmuşam və ailəmə maddi cəhətdən köməklik göstərməyə çalışmışam”, - deyə o qeyd edib.
Habelə o, futbol karyerası və gələcəyi ilə bağlı bunları deyib:
“Böyük hədəflərim var və onlara çatmaq üçün hər şeyi edəcəyəm. Arzum Millətlər Kubokunun finalında da uğur qazanmaq və dünya çempionatının lisenziyasını əldə etməkdir. Bu yarışlar bütün oyunçular üçün başlanğıc nöqtəsinə çevrildi və ümid edirəm ki, bizim böyük məqsədlərimiz həyata keçəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya