
Azəristiliktəchizatdan “soyuq fəaliyyət”: İstilik yox, borc çox... – Kimdir müqəssir?
Yusif Nəzərli
15:44 16.11.2021
Cəmiyyət
620
Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi özü ilə bərabər bir sıra problemlər gətirib. Onlardan biri də mənzillərin istiklə təmin olunması məsələsidir. Noyabrın 15-dən etibarən 2021-2022-ci il payız-qış mövsümü ilə əlaqəli olaraq “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən bütün istilik-istismar müəssisələrinə müvafiq göstərişlər verilib. Lakin prosesdən kənar qalan mənzillər hələ də mövcuddur. İllərdir, həllini tapmayan bu problem nədən qaynaqlanır?

Sualımızı cavabandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Sherg.az”a söyləyib ki, Azəristiliktəchizat ASC əhalidən kommunal xərcləri toplaya bimir:
“Buna səbəb də odur ki, binalarda idarəetmə mənzillərin öz ixtiyarına keçməyib. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmayıb. Azəristiliktəchizat ASC hər hansı bir binanı götürür, əgər ora istilik gəlirsə, aşağıya qədər bütün binanın mənzillərinə köhnə sovet məlumatları əsasında borc göndərir.
Daha bilmir ki,həmin binada hansı məzildə istilik çatmır. Prosesi tənzimləyə bilmirlər. Əslində binalarla Azəristiliktəchizat ASC arasında müqavilə olmalıdır .Əgər onlar istiliklə təmin olunmaq istəyirlərsə, müqavilə bağlayıb, ödəniş etməlidirlər.Buna qədər də o binada inventarizasiyası aparılmalıdır ki, kim istilikdən nə qədər istifadə edir .
Bu məsələlərin hamısı açıq qalıb. Ona görə binaların borcu yığılır.Bu halda binalar borclu qalır “Azəriqaz” İstehsalat Birliyinə , “Azəriqaz” İstehsalat Birliyi də Azərkontrakta, o da borclu qalır SOCAR-a və ya qazı topdan satan şirkətlərə. Belə bir dövrə əmələ gəlir. Sonra əhali narazılıq edəndə göstəriş verirlər ki, borca məhəl qoymadan istiliyi verin. Bu şəkildə borclar illərlə üst-üstə yığılaraq qalır. Problem də həll olmur. Bizdə dünəndən istiliyin verilməsi prosesi başlasa da, əksəriyyət mənzillər istilik almır. Səbəbi də qaz təchizatının yığılıb qalan borclarıdır. İndi onları ala bilmir”.
S.Məmmədov ölkədə kommunal islahatların aparılmadığı müddətdə problemin həllini tapmayacağını vurğulayıb:
“Bir tərəfdən də özəl binalar tikilib. Onların da öz istilik sistemi var, bəzilərində heç yoxdur. Azərbaycanda bu sahədə xaos hökm sürür. Azəristiliktəchizat ASC ödənişləri əldə edə bilmədikdə köhnə mənzil məcəlləsində nəzərdə tutulmayan “JEK”lərə deyir . Onlar da bu pulları yığa bilmir. Təbii ki, yığa bilməyəcəklər. Çünki birinin imkanı yoxdur, min manat borcu yığılıb, digərinin imkanı var, ona heç borc gəlməyib. Bazada belə bir məlumatsızlıq var. Bütün bunları nəzərə almadan problemin ötən əsrin siyahısı ilə evlərə borc göndərmək üsulu ilə heç vaxt həllini tapmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya