"Tərəflərin danışıqlarının alternativi yoxdur" - Politoloq
12:47 21.11.2021
Siyasət
919
"Sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır"
"Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır".
Sherg.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, bizə lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılmasını sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın:
"Bunun üçün müxtəlif səviyyələrdə danışıqların başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxamayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur".
Politoloq vurğulayıb ki, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində yekdil olub, fərqli yanaşma ortaya qoymayıb:
"Çünki söhbət işğal altındakı torpaqlarımızın azad olunmasından gedirdi. Ancaq sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif statuslardan da hiss etmək olar. "Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, fərqli fikirləri və bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm