Bələdiyyə sədri timsahla evləndi
Yusif Nəzərli
13:22 01.07.2022
Arxiv
1178
Meksikanın kiçik bir balıqçı şəhərinin bələdiyyə sədri Viktor Hüqo Sousa timsahla evlənib. Toy qəsəbədə rəngarəng görüntülərə səbəb olsa da, sosial mediada da geniş əks-səda doğurub.
“Sherg.az” Hürriyyet-ə istinadən xəbər verir ki, bu həmin şəhərin adəti sayılır.
Yerli insanlar “Kiçik Şahzadə” adlanan yeddi yaşlı timsahı təbiəti təmsil edən tanrı kimi görürlər. Timsahın yerli liderlə evlənməsi insanların ilahi ilə birləşməsini simvollaşdırır. Hər il olduğu kimi, sədr gəlinlik geyinmiş timsahı qucağına alaraq küçə-küçə gəzdirib.
Mərasimə qatılan sakinlər ənənəvi musiqinin sədaları altında rəqs edib, bəylə gəlini papaqlarını çıxararaq salamlayıblar.Hər ehtimala qarşı ağzı bağlanılan olan timsah gəlinliklə yanaşı, rəngli aksesuarlarla da bəzədilib. Sədr Sousa timsahın möhkəm bağlanmış ağzından dəfələrlə öpərək “Təbiətdən çaylarımıza kifayət qədər yağış, kifayət qədər qida və balıq verməsini xahiş edirik” deyib.
Sözügedən ritual Oaxaca əyalətində yaşayan Chontal və Huave qəbilələrinə aiddir və bolluq və məhsuldarlıq gətirmək üçün bu gün də davam etdirilir. Meksikanın cənubunda yerləşən Oaxacanın kasıb bölgə olmasına baxmayaraq mədəni zənginliyi ilə diqqət çəkir. Yerli insanlar illərdir öz dinlərinə, adət-ənənələrinə sadiq qalıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region