Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
Yusif Nəzərli
14:32 14.01.2023
Aktual
429
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Şahmar Mövsümov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
“Report”un xəbərinə görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.
Öncə qaliblərlə tanış olan Şahmar Mövsümov onlara milli inkişaf prioritetlərindən və insan kapitalının əhəmiyyətindən bəhs edərək “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb. Daha sonra Şahmar Mövsümov Azərbaycanın inkişafı naminə görüləcək işlər üzrə qaliblərin təkliflərini qəbul edib və onların suallarını cavablandırıb.
Əlavə olaraq, Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini paylaşıb. Prezident köməkçisi növbəti görüşlərdə müzakirə edilməsi məqsədilə qaliblərə araşdırma əsasında tapşırıq verib. Son olaraq, qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Şahmar Mövsümov onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam isə ötən ayın 20-də imzalanıb.
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Göygöldə itkin düşən yaşlı kişinin meyiti tapıldı
20:19 12.11.2026
Hadisə
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm