Cənubi Azərbaycanlı alimlərimiz - İrani Mutallib Abdulla oğlu
Cənubi Azərbaycanlı alimlərimiz - İrani Mutallib Abdulla oğlu
Yusif Nəzərli
14:50 14.01.2023
Aktual
651
Tibb elmləri doktoru, professor İrani Mutallib Abdulla oğlu 13 avqust 1926-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərindən 60 km. məsafədə yerləşən Şəbüstəridə kəndli ailəsində doğulub. 1931-ci ildə Gülşənroz kənd səkkkizillik məktəbinə daxil olmuş və 1939-cu ildə oranı əla qiymətlərlə başa vuraraq Təbrizə getmiş, oradakı Razi adına orta məktəbdə təhsilini davam etdirib. 1942-ci ildə natamam orta təhsilini başa vuran. M.İrani elə həmin il Təbrizdəki Firdövsi adına tam orta məktəbdə təhsilini davam etdirmiş və 1944-cü ildə oranı əla qiymətlərlə bitirmişdir.
M.İrani xalqının istimai-siyasi həyatında dah fəal iştirak etmək məqsədi ilə 1943-cü ildə İran Xalq Partiyasının gənclər təşkilatına üzv olmuşdur. 1944-cü ildə İran Həmkarlar təşkilatına daxil olmuşdur.
Uşaqlıqdan həkim olmaq arzusunu reallaşdırmaq istəyən Mütəllib 1945-ci ildə Bakı şəhərinə gələrək. Azərbaycan Dövlət Tibb İnstitunun (indi Dövlət Tibb Universiteti adlanır) “Müalicə” fakültəsinə daxil olmuş və 1950-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. 1946-cı ildə qısa müddətə Cənubi Azərbaycan qayıdan M.İrani elə həmin ildə Azərbaycan Demokrat partiyasının sıralarına daxil olmuş və Mərkəzi-təbliğat şöbəsinin müdiri təyin olunmuşdur.
Azərbaycanın görkəmli kardioloqu, tibb elmləri doktoru, akademik Cahangir Abdullayevin təkidi ilə M.İrani 1950-ci ildə Azərbaycan Tibb İnstitutunun II Hospital terapiya kafedrasının ordinaturasına qəbul edilmişdir. Onun elmi rəhbərliyi altınada İrani M. SSRİ Ali Təhsil Nazirliyinin Ali Atestasiya Komissiyasının 5 yanvar 1956-ci il tarixli Qərarı ilə “Tibb elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür.
Elmi fəaliyyətini davam etdirən doktor İrani tezliklə İttifaq miqyasında tanınan kardiloqlardan birinə çevrilir. Azərbaycanda və SSRİ-də dərc olunan tibbi jurnallarda elmi məqalələrlə çıxış etməklə bərabər, doktorluq dissertasiyasını da hazırlayır. 19 oktyabr 1964-cü ildə “Xəstələrdə təzə miokard infarkt və tac damarının xroniki çatışmazlığı ilə əlaqədar antikoaqulyantların (dikumarin və pelentan) uzunmüddətli və fasiləli tətbiqi zamanı qanın laxtalanan və laxtalanmayan komponentləri sisteminin dəyişilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 36 yaşında “Tibb elmləri doktoru” adını alır. Doktoqluq işinin elmi məsləhətçisi akademik C.Abdullayev olub. Sovet vaxtında bu yaşda elmlər doktoru olmaq hər adama müyyəssər olmurdu. Ancaq həddən artıq istedadlılar bu pilləyə qalxa bilirdilər.
M.İrani Elmi-Tədqiqat Kardiologoya İnstitunun yaradıldığı ilk gündən ömrünün sonuna qədər orada çalışmışdır.
ATU-nun kliniki farmakologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru, Tədqiqat Kardiologiya tibb elmləri doktoru, professor Adil Baxşəliyev “Azərbaycan” qəzetində (9 sentyabr 2010, s.4) M.İrani haqqında yazmışdır: “Professor Mütəlib İrani 1 monoqrafiya və 38 elmi əsərin müəllifidir. Kardiologiya üzrə miokard infarktı və xroniki koronar çatışmazlığın antikoaqulyant müalicəsi (dikumarin, pelentan) hiper-, hipo, normotoniklərdə mövsümi dəyişiliklər mövzuları ilə bağlı araşdırmalar aparmış, miokard infarktı olan və stenokardiyalı xəstələrin antikoaqulyant-larla müalicəsi ilə məşğul olmuşdur. Alimin “Miokard infarktıvə stenokardiyası olan xəstələrdə antikoaqulyant müalicəsi” monoqrafiyası (1968-ci il) kardiloqlara ürək patologiyasında antikoaqulyantların düzgün seçilməsi, dozalanması və işlədilməsinə istiqamət verir”.
M.İrani 4 yanvar 1982-ci ildə Bakı şəhərində vəfat edib.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Göygöldə itkin düşən yaşlı kişinin meyiti tapıldı
20:19 12.11.2026
Hadisə
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm